Microsoft Lumia 535 Dual SIM - Mövqe təyini üsulları

background image

Mövqe təyini üsulları

Telefonunuz GPS, GLONASS, A-GPS, Wi-Fi və ya şəbəkə (Mobil ID) əsaslı mövqe təyinindən

istifadə edərək olduğunuz yeri xəritədə göstərir.
Məkan məlumatlarının mövcudluğu, dəqiqliyi və tamlığı, məsələn, olduğunuz yerdən, ətrafdan

və üçüncü tərəf mənbələrdən asılı ola və məhdud ola bilər. Məkan məlumatı, məsələn,

binaların daxilində və ya metroda mövcud olmaya bilər. Mövqe təyini metodları ilə bağlı

məxfilik məlumatı üçün Microsoft Mobile Məxfilik Siyasətinə baxın.
Köməkçi GPS (A-GPS) şəbəkəsi xidməti və GPS və GLONASS-a digər oxşar təkmilləşmələr

mövqe məlumatını mobil şəbəkədən istifadə edərək əldə edir və cari mövqeyinizi

hesablamaqda GPS-ə kömək edir.
A-GPS və ya digər GPS təkmilləşmələri və GLONASS mobil şəbəkə vasitəsilə kiçik həcmdə

məlumat ötürülməsini tələb edə bilər. Məlumat xərclərinə yol vermək istəmirsinizsə, məsələn,

səyahət zamanı, telefon parametrlərindən mobil məlumat bağlantısını söndürə bilərsiniz.
Peyk siqnalları mövcud olmadıqda, xüsusən qapalı məkanda və ya iki hündür bina arasında

olduqda, Wi-Fi mövqe təyin edilməsi təyinetmə dəqiqliyini artıra bilər. Wi-Fi şəbəkəsindən

istifadənin məhdudlaşdırıldığı yerlərdə telefon parametrlərindən Wi-Fi-ı söndürə bilərsiniz.

Qeyd: Wi-Fi istifadəsi bəzi ölkələrdə məhdudlaşdırıla bilər. Məsələn, AB-də 5150–5350

MHs, ABŞ və Kanadada isə 5,15–5,25 GHs Wi-Fi-dan yalnız qapalı məkanda istifadəyə

icazə verilir. Ətraflı məlumat üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayın.

© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

97

background image

Məsafə ölçməsi peyk bağlantınızın mövcudluğundan və keyfiyyətindən asılı olaraq dəqiq

olmaya bilər.

© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

98