Telefonda məlumatların nüsxəsini çıxartmaq və bərpa etmək
Qəzalar qaçılmazdır. Buna görə də, parametr və məzmununuzun, məsələn, başlama ekranının
düzümü və Microsoft hesabında digər məzmunun nüsxəsini çıxardın.
Telefonunuzun nüsxəsini çıxartmaq üçün sizə Microsoft hesabı lazımdır.
1. Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Ehtiyat
nüsxə seçiminə toxunun.
© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
129
2. Tələb olunduqda Microsoft hesabınıza daxil olun.
3. Nəyin və necə nüsxəsinin çıxarılmalı olduğunu seçin. Telefonunuzda proqramlar siyahısını,
parametrləri, mətn mesajlarının avtomatik nüsxəsinin çıxarılmasını qura bilərsiniz. Gələcəkdə
videoların və ən keyfiyyətli şəkillərin OneDrive-da ehtiyat nüsxəsini çıxartmaq üçün sizə WiFi
bağlantısı lazımdır.
İşarə:Əlaqələr və təqvim hadisələrinizin ayrıca ehtiyat nüsxəsini çıxartmağa ehtiyac
yoxdur. Telefonunuz avtomatik olaraq onların ehtiyat nüsxəsini çıxardır və onları
Microsoft hesabında sinxron vəziyyətdə saxlayır.
Yüklədiyiniz proqramların bəziləri ehtiyat nüsxəyə daxil edilməzsə, mövcud olduğu təqdirdə
onları yenidən Mağazadan yükləyə bilərsiniz. Mağaza satın aldığınız proqramları yadda
saxlayır, beləliklə, siz onlar üçün yenidən ödəniş etməli olmayacaqsınız. Məlumat ötürülməsi
xərcləri tətbiq oluna bilər. Əlavə məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.
Telefonunuzun ehtiyat nüsxələri OneDrive əsas görünüşündə mövcud olmur, lakin siz onları
OneDrive parametrlərində tapa bilərsiniz. Ehtiyat nüsxəsi çıxarılmış əlaqələr üçün
people.live.com və təqvim hadisələri üçün calendar.live.com yoxlayın.
OneDrive-da məlumatların təhlükəsizliyi ilə bağlı məlumat üçün
windows.microsoft.com/en-gb/onedrive/security seçiminə keçin.
Digər məzmun növlərinin, məsələn musiqinizin ehtiyat nüsxəsini çıxartmaq üçün telefonunuzu
kompüterinizə qoşun və kompüterin ekranında görünən təlimatlara əməl edin. Sizin 2
seçiminiz var: iş masası üçün Windows Phone proqramından istifadə edərək məzmunu
telefonunuzla kompyuter arasında sinxronlaşdırmaq və ya kompyuterinizin fayl menecerində,
məsələn, Windows Explorer-də məzmunu telefondan sürükləyib kompyuterə köçürmək.
Daha əvvəl çəkdiyiniz şəkillərin OneDrive-da nüsxəsini çıxartmaq
Şəkillər > vurun, yükləmək istədiyiniz şəkilləri və ya albomları seçin, > OneDrive vurun,
şəkilləri hara yükləmək istədiyinizi seçin və vurun.
Ehtiyat nüsxəsini çıxardığınız şəkilləri yoxlamaq üçün hər hansı cihazda OneDrive hesabınıza
daxil olun və şəkilləri saxladığınız qovluğu yoxlayın.
Nüsxəsi çıxarılmış məlumatları bərpa etmək
Siz telefonun proqram təminatını sıfırladıqdan və ya yenilədikdən sonra və ya yeni telefonu
qurarkən nüsxəsini çıxartdığınız məlumatları bərpa edə bilərsiniz. Microsoft hesabınıza daxil
olun və telefonda göstərilən təlimatlara əməl edin. Telefonu ilkin vəziyyətə bərpa etmək üçün
ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Sistem haqqında > Telefonunuzu
sıfırlayın seçiminə toxunun. Sıfırlama istehsalçı parametrlərini bərpa edir və bütün şəxsi
məlumatları silir, lakin Microsoft hesabınıza daxil olduqdan sonra ehtiyat nüsxəsi çıxarılmış
məlumatları bərpa etmək olar.