Telefonun proqram təminatını yeniləmək
Yeniliklərlə ayaqlaşın – telefonunuz üçün yeni və təkmil xüsusiyyətləri əldə etmək üçün
telefonunuzun proqram təminatını və proqramları simsiz şəkildə yeniləyin. Proqram təminatını
yeniləmək telefonun məhsuldarlığını təkmilləşdirə bilər.
Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu olduğuna
əmin olun.
© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
122
Xəbərdarlıq: Proqram yeniləməsini quraşdırsanız, quraşdırma prosesi bitənə və cihaz
yenidən işə düşənə qədər cihazdan istifadə etmək və hətta təcili yardım zənglərini də
etmək mümkün olmayacaq.
Xidmətlərdən istifadə və ya məzmunun yüklənməsi, o cümlədən pulsuz elementlər məlumat
xərcləri ilə nəticələnə bilən böyük həcmdə məlumatların ötürülməsinə səbəb ola bilər.
Susmaya görə, məsələn, məlumat bağlantısı parametrləri icazə verdikdə, telefonunuz
avtomatik olaraq mövcud yeniləmələri yükləyəcək. Telefonunuz yeniləməyə dair bildirdikdə
sadəcə olaraq telefonun ekranında göstərilən təlimatlara əməl edin. Telefonunuzun yaddaşı
azdırsa, siz proqramlar, şəkillər və digər materialları yaddaş kartına apara bilərsiniz. Yaddaş
kartı bütün telefonlar tərəfindən dəstəklənmir. Mümkünlük üçün www.microsoft.com/
mobile/support/wpfeatures ünvanına daxil olun.
İşarə:Susmaya görə, Wi-Fi şəbəkəsinə qoşulu olduğunuz zaman telefonunuz
proqramlarınızı və digər komponentləri avtomatik yeniləyir (məsələn, cihaz mərkəzi).
Yeniləmə tarixçənizi yoxlamaq üçün Mağaza >
> Yükləmələr vurun və Tarixçə
üzərinə sürüşdürün.
Yeniləmədən sonra yeni istifadəçi təlimatınız üçün Lumia Kömək+Məsləhətlər proqramı və ya
dəstək üzrə səhifələri yoxlayın.
Yeniləmənin avtomatik yüklənməsini söndürmək
Məlumat xərclərinizə nəzarət etmək istəyirsinizsə, yeniləmələrin avtomatik yüklənməsini
söndürə bilərsiniz. Başlama ekranında ekranın yuxarısından aşağı çəkin, Bütün parametrlər >
Telefon yenilənməsi toxunun və Verilənlər parametrlərim imkan verdikdə yeniləmələri
avtomatik endir seçim xanasını təmizləyin.