Telefonun avtomatik kilidlənməsini qurmaq
Telefonunuzu icazəsiz istifadədən qorumaq istəyirsiniz? Təhlükəsizlik kodunu təyin edin və
telefondan istifadə etmədikdə onun avtomatik kilidlənməsini təyin edin.
1. Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Kilid
ekranı toxunun.
2. Parol seçimini Aktiv
təyin edin və təhlükəsizlik kodunu (ən azı 4 rəqəm) daxil edin.
3. Sonra parol tələb et vurun və telefonun avtomatik kilidlənməsi üçün lazım olan vaxtı daxil
edin.
Təhlükəsizlik kodunu gizli yerdə və telefondan ayrı saxlayın. Təhlükəsizlik kodunu unutsanız
və onu bərpa edə bilməsəniz və ya kodu bir neçə dəfə səhv daxil etsəniz, telefonunuzu texniki
baxışa aparmanız tələb olunacaq. Əlavə xərclər tələb oluna və telefonunuzda olan şəxsi
məlumatlar silinə bilər. Ətraflı məlumat üçün telefonunuz üçün ən yaxın müştəri xidmətləri və
ya telefon dilerinizlə əlaqə saxlayın.
Telefonun kilidini açmaq
İşəsalma düyməsini basın, kilid ekranını yuxarı sürüşdürün və təhlükəsizlik kodunu daxil edin.
Təhlükəsizlik kodunu dəyişdirmək
Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Kilid ekranı >
Parolu dəyişdirin toxunun.