Giriş kodları
Telefonunuzda olan müxtəlif kodların nə üçün olmasını öyrənin.
PIN kodu
(4-8 rəqəm)
Bu, SIM kartınızı icazəsiz istifadədən qoruyur
və ya bəzi xüsusiyyətlərə daxil olmaq üçün
tələb olunur.
Siz telefonu yandırdıqda PIN kodun tələb
olunmasını təyin edə bilərsiniz.
Kodunuzu unutmusunuzsa və ya o, kartınızla
birlikdə təmin edilməyibsə, şəbəkə xidməti
təminatçınızla əlaqə saxlayın.
Ardıcıl olaraq 3 dəfə kodunuzu səhv daxil
etsəniz, PUK kodu ilə telefonu blokdan
çıxartmalısınız.
PUK
Bu PIN kodunu blokdan çıxartmaq üçün
tələb olunur.
© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
137
Əgər kod SIM kartınızla təchiz olunmayıbsa,
şəbəkə xidməti təminatçınızla əlaqə saxlayın.
Təhlükəsizlik kodu (kilid kodu, parol)
(minimum 4 rəqəm)
Bu, telefonunuzu icazəsiz istifadədən
qorumağa kömək edir.
Siz telefonu yandırdıqda seçdiyiniz kilid
kodunun tələb olunmasını təyin edə
bilərsiniz.
Kodu gizli yerdə və telefondan ayrı saxlayın.
Kodu unutsanız və telefonunuz kilidlənərsə,
telefonunuzu texniki xidmətə aparmaq tələb
olunacaq. Əlavə xərclər tələb oluna və
telefonunuzda olan şəxsi məlumatlar silinə
bilər.
Ətraflı məlumat üçün telefonunuz üçün ən
yaxın müştəri xidmətləri və ya telefon
dilerinizlə əlaqə saxlayın.
IMEI
Bu şəbəkədə olan telefonları təyin etmək
üçün istifadə edilir. Nömrənizi müştəri
xidmətləri və ya telefon dilerinizə verməyiniz
lazım gələ bilər.
IMEI nömrənizə baxmaq üçün *#06# yığın.
© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
138