Microsoft Office Mobile
Microsoft Office Mobile ofisdən kənarda sizin "ofisinizdir".
Word sənədlərini və Excel cədvəllərini yaratmaq və redaktə etmək, PowerPoint slayd
nümayişlərini açmaq və onlara baxmaq, SharePoint-dən istifadə etməklə sənədləri paylaşmaq
üçün Office mərkəzinə daxil olun.
Siz həm də sənədlərinizi OneDrive-da saxlaya bilərsiniz. OneDrive telefon, planşet, kompüter
və ya Xbox-dan sənədlərinizə daxil olmaq üçün istifadə edə bildiyiniz bulud yaddaşıdır. Sənəd
üzərində işi bitirdikdən sonra ona geri qayıtdıqda hansı cihazdan istifadə etməyinizdən asılı
olmayaraq qaldığınız yerdən davam edə bilərsiniz.
Microsoft Office Mobile aşağıdakılardan ibarətdir:
• Microsoft Word Mobile
• Microsoft Excel Mobile
• Microsoft PowerPoint Mobile
• Microsoft SharePoint Workspace Mobile
• OneDrive