Albom yaratmaq
Tədbirə, şəxsə və ya səyahətə görə şəkilləri asanlıqla tapmaq üçün şəkillərinizi, məsələn,
mövzuya görə albomlara yerləşdirin.
Kompüteriniz Mac-dırsa, Mac App Store-dan Windows Phone proqramını quraşdırın.
1. Uyğun USB kabeli ilə telefonunuzu müvafiq kompüterlə qoşun.
2. Kompüterdə fayl menecerini, məsələn, Windows Explorer və ya Finder-i açın və şəkillər
qovluğunu seçin.
3. Yeni qovluq əlavə edin, onu adlandırın və qovluğa şəkillər əlavə edin.
© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
92
Qovluq telefonun Albomlar görünüşündə albom kimi görünür.
İşarə:Kompüterinizin əməliyyat sistemi Windows 7 və ya Windows 8, yaxud ən son
versiyadırsa, Windows Phone proqramından da istifadə edə bilərsiniz. Windows 7 ilə onu
www.windowsphone.com ünvanından yükləyə bilərsiniz.
Albomu silmək
Şəkillər > Albomlar vurun. Alboma vurub saxlayın və sonra Sil vurun.
Albomu telefondan sildikdə həmin albomda olan şəkillər də silinir. Albomu kompüterinizə
köçürmüsünüzsə, albom və ondakı şəkillər kompüterinizdə qalır.
Onlayn albomları telefondan silmək mümkün deyil.