Outlook məlumatını Android telefonu və ya iPhone-dan ötürün
Outlook əlaqələrini, təqvim elementlərini və ediləcək işləri Android telefonunuzdan və ya
iPhone-unuzdan Lumia telefonunuza ötürmək üçün Microsoft hesabınızdan istifadə edin.
Lumia telefonunuzu Outlook.com ilə sinxronlaşdırmaq üçün sizə Microsot hesabı lazımdır.
1. Telefonunuzu kompüterinizə qoşmaq üçün uyğun USB kabelindən istifadə edin.
2. Elementləri Outlook-a sinxronlaşdırmaq və əlaqələr, təqvim daxiletmələri və görüləcək işləri
telefonunuzdan kompüterinizə sinxronlaşdırmaq üçün kompüterinizdə Samsung Kies, HTC
Sense, Sony PC Companion və ya iTunes kimi sinxronlaşdırma üzrə uyğun proqram təminatını
qurun.
3. Outlook-da Microsoft Outlook Hotmail Connector-dan istifadə edərək Microsoft hesabını
Outlook-a əlavə edin. www.office.microsoft.com ünvanına daxil olun, Hotmail Connector-u
axtarın və onu kompüterinizə yükləyin. Siz Hotmail Connector parametrlərini konfiqurasiya
etməli ola bilərsiniz.
4. İstədiyiniz məzmunu Outlook-dan Microsoft hesabına sinxronlaşdırın. Məzmun Microsoft
hesabınızda mövcud olmazdan əvvəl, bu bir az vaxt apara bilər.
© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
20
5. Məzmunu Lumia telefonunuza sinxronlaşdırmaq üçün sadəcə Microsoft hesabınıza daxil
olun.
Əlavə məlumat üçün www.windowsphone.com ünvanına daxil olun və Outlook əlaqələrini
və təqvimi Windows Phone-a necə sinxronlaşdırmağa dair tez-tez verilən suallara baxın.
© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
21