Musiqiyə simsiz qulaq as
Simsiz dinamik ilə siz hər hansı kabel olmadan yüksək audio keyfiyyətində musiqiyə qulaq asa
bilərsiniz.
Simsiz dinamiklər ayrıca satılır. Aksesuarlardan istifadənin mümkünlüyü regiona görə fərqlənə
bilər.
1. Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > NFC seçiminə
toxunun.
2. Paylaşmaq üçün toxundur seçimini Aktiv
kimi dəyişin.
NFC-dən istifadə etməzdən əvvəl ekran və düymələrin kiliddə olmadığını yoxlayın.
3. Telefonunuzun NFC sahəsi ilə dinamikin NFC sahəsinə toxunun. Dinamik telefonunuza
avtomatik qoşulur. NFC bütün telefonlar tərəfindən dəstəklənmir. Mümkünlük üçün
www.microsoft.com/mobile/support/wpfeatures ünvanına daxil olun.
İşarə:Həmçinin Bluetooth-dan istifadə etməklə qoşula bilərsiniz. Başlama ekranında
ekranın yuxarısından aşağı çəkin, Bütün parametrlər > Bluetooth seçiminə toxunun və
telefonunuzu dinamikə qoşun.