Vaxtı və tarixi avtomatik yeniləmək
Siz telefonunuzun vaxtı, tarixi və saat qurşağının avtomatik yeniləməsini qura bilərsiniz.
Avtomatik yeniləmə şəbəkə xidmətidir və regionunuzdan və ya şəbəkə xidməti
təminatçınızdan asılı olaraq mümkün olmaya bilər.
Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Tarix+Vaxt
seçiminə toxunun.
Tarix və vaxtı avtomatik qur seçimini Aktiv
kimi dəyişin.
İşarə:Vaxt formatını dəyişdirmək istəyirsiniz? 24-saatlıq saatı istəyinizə uyğun olaraq
yandırın və ya söndürün. Tarixlərin göstərilməsini dəyişdirmək üçün Bütün
parametrlər > Region seçiminə toxunun.
Vaxtı və tarixi mexaniki yeniləmək
Tarix və vaxtı avtomatik qur seçimini Qeyri-aktiv
olaraq təyin edərək tarix və vaxtı
redaktə edin.
Xaricə səyahət zamanı saat qurşağını mexaniki yeniləmək
Tarix və vaxtı avtomatik qur seçimini Qeyri-aktiv
olaraq seçin və Saat qurşağı və yerə
vurun.