Klaviatura söz təkliflərindən istifadə
Sürətlə və düzgün yazmanız üçün telefonunuz siz yazdıqca sözlər təklif edir. Söz təklifləri bir
neçə dildə mövcuddur.
Siz sözü yazmağa başladıqda, telefon mümkün sözləri təklif edir. İstədiyiniz söz təklif zolağında
göründükdə onu seçin. Digər təklifləri görmək üçün sola sürüşdürün.
İşarə:Təklif edilən söz qalın şriftlə yazılarsa, telefon avtomatik olaraq yazdığınız sözü əvəz
etmək üçün ondan istifadə edir. Söz səhvdirsə, orijinal sözü və bir neçə digər təklifləri
görmək üçün ona vurun.
Sözü düzəltmək
Sözü səhv yazdığınızı müşahidə etsəniz, sözü düzəltmək üçün təklifləri görmək üçün ona
vurun.
Lüğətə yeni söz əlavə etmək
İstədiyiniz söz lüğətdə yoxdursa, sözü yazın, ona vurun və təklif zolağında plyus (+) işarəsinə
vurun. Yeni sözləri bir neçə dəfə yazdıqdan sonra telefonunuz da onları öyrənir.
© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
48
Söz təkliflərini söndürmək
Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Klaviatura
seçiminə toxunun. Dil klaviaturasına toxunun və Mətn təklif et seçim xanasını təmizləyin.