Poçt qutusu əlavə etmək və ya silmək
İş və sərbəst vaxt üçün fərqli poçt ünvanlarından istifadə edirsinizsə, problem yoxdur – siz
telefonunuza bir neçə poçt qutusu əlavə edə bilərsiniz.
İlk poçt qutusunu əlavə etmək
Telefonunuzda poçt quraşdırmaq üçün İnternetə qoşulu olmalısınız.
Telefonu ilk dəfə işə saldıqda Microsoft hesabınıza daxil olmamısınızsa, bunu indi edə
bilərsiniz. Telefonunuza Microsoft hesabı əlavə etdiyinizdə, poçt hesabı avtomatik əlavə edilir.
1. Vurun: .
2. Hesabın üzərinə vurub istifadəçi adı və parolunuzu yazın.
3. Vurun: Daxil ol.
İşarə:Poçt hesabınızdan asılı olaraq siz telefonunuzla e-poçtlardan əlavə digər
elementləri, məsələn, əlaqələrinizi və təqviminizi də sinxronlaşdıra bilərsiniz.
Telefonunuz poçt hesablarınızı tapmazsa, Təkmil quraşdırma onları tapa bilər. Bunun üçün siz
poçt hesabı növünüzü və daxil olan və çıxan poçt serverlərinin ünvanlarını bilməlisiniz. Bu
məlumatı poçt xidməti təminatçınızdan ala bilərsiniz.
Müxtəlif poçt hesablarını quraşdırmağa dair əlavə məlumat üçün www.windowsphone.com
ünvanında Qaydalar bölməsinə baxın.
Poçt qutusunu daha sonra əlavə etmək
Poçt qutunuzda
> E-poçt hesabı əlavə et və sonra hesaba vurun və daxil olun.
İşarə:Exchange iş poçtunuzu, əlaqələrinizi və təqvimi telefonunuza əlavə etmək üçün
hesab kimi Exchange seçin, iş poçt ünvanınızı və parolunuzu yazın və Daxil ol vurun.
© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
77
Sizin yeni poçt qutunuz başlama ekranında yeni xana kimi görünəcək.
Poçt qutusunu silmək
Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > E-poçt
+Hesablar toxunun. Poçt qutusuna vurub saxlayın və sonra Sil seçiminə vurun.
Siz daxil olduğunuz ilk Microsoft hesabını silə bilməyəcəksiniz. Bunun üçün telefonunuzu ilkin
vəziyyətə bərpa etməlisiniz.