Microsoft Lumia 535 Dual SIM - Exchange poçt qutusunu telefonunuza əlavə etmək

background image

Exchange poçt qutusunu telefonunuza əlavə etmək
Siz kompüteriniz arxasında oturuub və ya telefonunuzla gəzəndə əldə sizin iş poçtunuza,

əlaqələrinizə və təqviminizə malik olmağı istəyərdiniz? Siz telefonunuz və Microsoft Exchange

serveri arasında vacib məzmunu sinxronlaşdıra bilərsiniz.
Exchange yalnız şirkətiniz Microsoft Exchange serverinə malik olduğu halda qurula bilər.

Bundan əlavə, şirkətinizin İT inzibatçısı hesabınız üçün Microsoft Exchange-i aktivləşdirməlidir.
Quraşdırmanı başlamadan əvvəl əmin olun ki, siz aşağıdakılara maliksiniz:
• Korporativ e-poçt ünvanı
• Sizin Exchange server adınız (sizin şirkət IT şöbənizə müraciət edin)
• Sizin şəbəkə domeyn adınız (sizin şirkət IT şöbənizə müraciət edin)
• Sizin ofis şəbəkənizin parolu
Exchange server konfiqurasiyasından asılı olaraq, sizdən quraşdırılma zamanı əlavə

informasiya yığmaq lazım ola bilər. Əgər düzgün məlumatı bilmirsinizsə sizin şirkət IT şöbənizə

müraciət edin.
1. Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > E-poçt

+Hesablar toxunun.

2. Vurun: Hesab əlavə edin > Exchange.

3. Exchange poçt ünvanınız və parolunuzu yazın və Daxil ol vurun.
Quraşdırma zamanı hansı məzmunun və telefonun serverlə hansı tezlikdə sinxronlaşmasını

seçə bilərsiniz. Əlavə məzmunu sinxronlaşdırmaq üçün Exchange üzrə hesab parametrlərini

dəyişdirin.